AZ

Ağcabədidə rabitə kabelləri oğurlanıb

Ağcabədidə rabitə kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinə şəhər ərazisindəki rabitə kabellərinin oğurlanması barədə məlumat daxil olub. Keçirilən əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törədən yetkinlik yaşına çatmayan N.X. saxlanılıb. Onun şəhər ərazisindəki iki küçədən 367 metr uzunluğunda rabitə kabelini oğurlayaraq 4 000 manatdan artıq ziyan vurduğu müəyyən edilib.

Oğurlanmış kabellərin bir qismi maddi sübut kimi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
75
23
ikisahil.az

10phrase_var_article.sources