AZ

Donald Tramp 5 ən mühüm ştatda Co Baydendən öndədir

Bakı. Trend:

ABŞ-nin keçmiş prezidenti Donald Tramp seçicilərin dəstəyinəgörə hazırki prezident Co Baydeni 5 mühüm ştatda qabaqlayıb.

Trend xəbərverir ki, "New York Times" qəzetinin və Siean kollecinin keçirdiyisorğular bunu təsdiqləyib.

Belə ki, Tramp Arizona, Miçiqan, Nevada, Corciya vəPensilvaniiya ştatlarında seçicilərin çoxluğu Trampıdəstəkləyib.

Bayden Trampı yalnız Viskonsin ştatında keçə bilib.

Qeyd olunub ki, Tramp Baydeni Nevada ştatında 10, Corciyada 6,Arizona və Miçiqanda 5, Pensilvaniyada isə 4 faiz bəndi ilə keçdiyihalda, Bayden Trampı Viskonsində cəmi 2 faiz bəndi ilə qabaqlayabilib.

Altı ştat üzrə məlumatları ümumiləşdirdikdə Trampın Baydendənorta hesabla 48% - 44% öndə olduğu görünür

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri gələn ilinnoyabr ayında keçiriləcək.

Seçilən
255
4
az.trend.az

5Mənbələr