AZ

“Paris-2024”: Azərbaycanın 6 idmançısı və bir komandası mübarizəyə qoşulur

Bu gün Azərbaycanın 6 idmançısı və bir komandası “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.

Sportnet.az xəbər verir ki, akademik avarçəkmədə Azərbaycanı təmsil edən Diana Dımçenko 1/4 finalda qüvvəsini sınayacaq.

Cüdoçu Zelim Tçkayev (91 kiloqram) 1/16 finalda Alfa Umar Calo (Fransa) / Abdelrahman Abdelqhani (Misir) cütünün qalibi ilə qarşılaşacaq.

Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışının təsnifat mərhələsində gücünü yoxlayacaq.

Boksçulardan Nicat Hüseynov (51 kiloqram) 1/6 finalda dominikanlı Junior Alkantara Reyeslə, Murad Allahverdiyev (80 kiloqram) isə misirli Abdelrahman Abdelcavvadla qarşılaşacaq.

Kamandan oxatma üzrə Azərbaycan millisinin üzvü Yaylagül Ramazanova 1/32 finalda çinli An Qixuanla üz-üzə gələcək.

Bu gün, həmçinin Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi mübarizəyə başlayacaq. Yığma İspaniya seçməsini sınağa çəkəcək.

Bu günə triatlonçumuz Rostislav Pevtsovun çıxışı nəzərdə tutulsa da, Sena çayında çirklilik dərəcəsinin yüksək olması səbəbindən yarış təxirə salınıb.

Qeyd edək ki, hələlik Azərbaycanın aktivində bir qızıl medal var. Cüdoçu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
50
sportnet.az

10Mənbələr