AZ

“Azərbaycanın Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi” imzalanıb

Bakı. Trend:

“Azərbaycanın Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi”imzalanıb.

Trend xəbər verir ki, imzalanma COP29-a hazırlıq çərçivəsindəkeçirilən “Azərbaycanda Yaşıl Tikinti” tədbirində baş tutub.

Bəyannaməni COP29 Təşkilat Komitəsinin bir neçə üzvü vəAzərbaycanda fəaliyyət göstərən bir neçə tikinti şirkətininrəhbərləri imzalayıblar.

Qeyd edək ki, Azərbaycanın Dayanıqlı Yaşıl Tikinti rəhbərlərinindəyirmi masa müzakirəsi keçirilir. Azərbaycanın Dayanıqlı YaşılTikinti Rəhbərlərinin Dəyirmi Masa Müzakirəsi baş icraçıdirektorlar, nazirlər, BƏƏ-nin tikinti şirkətləri, COP29-unprezidenti və BMT-nin COP29 üzrə yüksək səviyyəli çempionu daxilolmaqla, Azərbaycanın aparıcı sənaye liderlərinin xüsusi yüksəksəviyyəli görüşüdür.

Bu unikal tədbir çağırışları müzakirə etmək, imkanlarıaraşdırmaq və əlverişli siyasətləri müəyyən etmək məqsədiləplatforma təqdim etməklə Azərbaycanın tikinti sektorunda əməkdaşlıqvə dayanıqlı İnkişafa təkan verəcək.

Dəyirmi masa qlobal iqlim hədəflərinə nail olmaq istiqamətindəyaşıl tikintinin mühüm rolunu vurğulayır və COP29-a gedən yoldaəhəmiyyətli mərhələyə işarə etməklə Azərbaycan və onunhüdudlarından kənarda ciddi nəticələri olan məqsədyönlü biznesəməliyyatları və əməkdaşlıq üçün zəmin yaradır.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
7
az.trend.az

6Mənbələr