Norveç Futbol Assosiasiyası VAR-dan imtina edə bilər.
Publika.az xəbər verir ki, bu barədə "TV2.no" məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu məsələ 2025-ci ilin martında keçiriləcək futbol konqresində müzakirə olunacaq. Əksəriyyət qərarın lehinə səs verərsə, VAR ləğv edilə bilər.
Nəzərinizə çatdıraq ki, Norveçdə azarkeşlər videotəkrar sistemindən istifadənin əleyhinədirlər. Etirazlardan biri "Rusenborq" - "Lillestrom" matçında baş tutub. Matçın başlamasından cəmi iki dəqiqə sonra fiskekakerlər, yerli balıq tortları qazona atılıb. Bu da bir neçə fasiləyə və sonra oyunun tam dayanmasına səbəb olub.