AZ

İnternetdə yazdığı şərhə görə 5,5 il həbs cəzası aldı

Rusiyanın Çelyabinsk vilayətində məhkəmə Samara sakinini internetdə şərh yazdığına görə 5 il yarım müddətinə azadlıqdan məhrum edib.

Publika.az xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya Federal Təhlükəsizlik Xidmətinin region üzrə mətbuat xidmətindən məlumat verilib.

Həmin şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci (“Terror fəaliyyətinə açıq çağırışlar, terrorçuluğa açıq bəraət qazandırmaq və ya terrorizmin təbliği”) maddəsi ilə təqsirli bilinib.

FSB əməkdaşları məhkumun saytlardan birində şərhini görüblər. Müstəntiqlərin fikrincə, orada terror fəaliyyətinə çağırışlar olub.

Seçilən
50
publika.az

1Mənbələr