Türkiyədə torpaq mübahisəsi zəminində düşmənçilik edən iki qohum ailənin üzvləri mübahisə edib.
News24.az xəbər verir ki, mübahisə silah və bıçaqların istifadə edildiyi davaya çevrilib.
Davada 2-si yoldan keçən 7 nəfər yaralanıb, 3 avtomobilə ziyan dəyib.
Xəbər verildikdən sonra hadisə yerinə çoxlu polis və tibbi qruplar göndərilib.
Yaralılar müdaxilədən sonra şəhərdəki xəstəxanalara aparılıb.
Yaralılardan Sıdıka Kayanı həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb, 2-si ağır olmaqla 6 nəfərin müalicəsi davam edir.
Polis hadisədə şübhəli bilinən 2 nəfəri saxlayıb.
Günel Məlikzadə