AZ

Gürcüstan Milli Bankı maliyyələşdirmə dərəcəsini dəyişməz saxlayıb

Gürcüstan Milli Bankı yenidən maliyyələşdirmə dərəcəsini dəyişməz saxlayıb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, dərəcə 8% olaraq qalıb.

 

Müvafiq göstərici sonuncu dəfə mayın sonunda 0,25% azalıb. Hazırda Gürcüstanda 180 min bank krediti yenidən maliyyələşdirmə dərəcəsinə bağlıdır.

 

Milli Bank açıqlayıb ki, inflyasiya hədəfdən aşağı olaraq qalır və ilin sonuna orta hesabla 1,9% səviyyəsində proqnozlaşdırılır. Bununla yanaşı, dünya bazarlarında “qlobal iqtisadi qeyri-müəyyənlik” və məhsulların və enerji resurslarının qiymətlərindəki dalğalanmalarla bağlı risklər qalmaqdadır.

 

Pul Siyasəti Komitəsinin növbəti iclası 11 sentyabr 2024-cü il tarixində keçiriləcək. Gürcüstan Milli Bankı uzun müddətdir ki, ciddi pul-kredit siyasətinə riayət edir. O, ötən ilin yazından tədricən dərəcəsini azaltmağa başlayıb. 11%-lik yenidən maliyyələşdirmə dərəcəsi Gürcüstanda 2022-ci ilin martından qüvvədədir və 2008-ci ildən bəri ən yüksəkdir.

Seçilən
49
12
modern.az

10Mənbələr