İngiltərənin şimalındakı Liverpul yaxınlığındakı Sautportda uşaq rəqs klubuna hücum edilib, yerli polis bildirib. BBC yazır ki, iki uşaq bıçaq xəsarətlərindən ölüb, daha doqquzu ağır yaralanıb, yaralı uşaqların altısının vəziyyəti ağırdır.
Daha iki yaralının vəziyyəti ağır olaraq qalır.
Qonşu Benks şəhərində yaşayan 17 yaşlı oğlan hücumda şübhəli bilinərək həbs edilib.
Onun motivi hələlik açıqlanmayıb, lakin Britaniya polisi hələlik hadisəni terrorla əlaqəli hesab etmir. Hücum edən şəxsin təkbaşına hərəkət etdiyi güman edilir.
Şahidlərdən birinin sözlərinə görə, hücum edən şəxs taksi ilə Southport şəhər mərkəzinə gəlib və sürücüyə gediş haqqını ödəməkdən imtina edib. O, həmin vaxt maska taxıb.
Oxuməni.az