AZ

ABŞ Ukraynaya növbəti yardım paketi ayırıb

Bayden Administrasiyası Ukraynaya əlavə təhlükəsizlik yardımı paketi ayırdığını açıqlayıb.

ABŞ Müdafiə Departamentinin məlumatına əsasən, 1,7 milyard dollar təşkil edən paket 2 hissədən ibarətdir. 200 milyon dollarlıq paketə zenit raketləri, raket artilleriya sistemləri üçün sursatlar və tank əleyhinə silahlar daxildir. 1,5 milyard dollarlıq paket isə Ukraynaya Təhlükəsizlik Yardımı Təşəbbüsü (UTYT) çərçivəsində ayrılıb. Bu 2021-ci ilin avqustundan bu yana ABŞ ehtiyatlarından ayrılan 62-ci və UTYT çərçivəsində ayrılan 20-ci yardım paketidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
26
banker.az

10Mənbələr