İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın "Eni S.p.A." şirkətinin baş icraçı direktoru Klaudio Deskalsi ilə görüşüb.
O bu barədə özünün "X" hesabında paylaşım edib.
Bildirilib ki, görüşdə qlobal enerji keçidi ilə bağlı fikir mübadiləsi aparılıb.
"Beynəlxalq tərəfdaşlarla əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq əməkdaşlıq məsələlərini nəzərdən keçirdik", - deyə nazir əlavə edib.
"Cebheinfo.az"