AZ

“Ermənistan da buna rəvac verir“ - ŞƏRH EDİLDİ

“Azərbaycan hər zaman vurğulayıb ki, Qərbi Azərbaycan tarixi irsimizdir və Azərbaycan heç bir zaman özünün tarixi irsindən və keçmişinə üz döndərməyəcək. Eyni zamanda, bizim Qərbi Azərbaycana hər hansı bir torpaq iddiamız yoxdur, Qərbi Azərbaycan bizim üçün mənəvi, tarixi, ideoloji mövzudur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, Azərbaycanın konstitusiya dəyişikliyinə gedib tarixi Azərbaycan torpağı olan və indi Ermənistan ərazisi sayılan qədim yurd yerlərimizə iddia qaldıraraq, konstitusiyaya daxil ediləcəyini deyə düşünmürəm: “Yəni, sülhlə bağlı biz Ermənistana çağırış etmişik. Ermənistan konstitusiyasını dəyişib, Qarabağa, Azərbaycan ərazilərinə olan iddialarından ək çəkməsə aramızda hər hansı bir sülh müqaviləsi və dövlətlərarası münasibətlərdən söhbət gedə bilməz. Həmçinin Ermənistanın Qarabağ və başqa əraziləri özünün konstitusiyasında iddia şəklində saxlaması bizə də legitim əsaslar verir ki, öz tarixi torpaqlarımız və yurd yerlərimizlə bağlı məsələni ölkə konstitusiyası səviyyəsinə çatdıraq. Hər halda bizim əlimizdə belə imkanlar var və Ermənistan da buna rəvac verir”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
42
sia.az

1Mənbələr