Ukraynanın maliyyə naziri Sergey Marçenko deyib ki, müharibənin hər günü Kiyevə təxminən 120 milyon avroya başa gəlir.
Modern.az xəbər verir ki, RBC-Ukrayna agentliyinə müsahibəsində Marçenko bildirib ki, Rusiya ilə müharibənin hər günü ölkə büdcəsinə təxminən 120 milyon avroya başa gəlir.
Beləliklə, Kiyevin təhlükəsizlik və müdafiəyə aylıq xərcləri təxminən 3,7 milyard avro təşkil edir. Marçenko vurğulayıb ki, Ukraynanın 2024-cü il büdcəsində 11 milyard avrodan çox vəsait yoxdur.
Bu vəsaitlərin böyük hissəsi hökumətin bu yaxınlarda yeni qanun layihəsi təqdim etdiyi vergi artımı hesabına əldə edilməlidir.