İyulun 30-da Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr – səfir Serdar Kılıç və Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan arasında beşinci görüş keçirilib.
Bizim.Meda xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Məlumata görə, görüş iki ölkənin ortaq sərhədindəki Alican-Marqara sərhəd-keçid məntəqəsində baş tutub. Görüşdə əvvəlki müzakirələr zamanı razılaşdırılmış məsələlər təsdiqini tapıb.
Nəticə etibarilə son məqsədi tam normallaşma olan bu prosesin heç bir ilkin şərt irəli sürülmədən davam etdirilməsinə dair razılıq əldə olunub.
Bizim.Media