AZ

Ərdoğan: Parisə gedəcəkdim, lakin nəvəm dedi ki...

Paris-2024 Olimpiya Oyunlarının açılış mərasimində səhnələşdirilən əxlaqsızlıq üzləşdiyimiz təhlükənin miqyasını bir daha bizə göstərdi.

Paralel.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin vilayət başqanları ilə görüşündə deyib.

“Makron məni dəvət etmişdi, gələ biləcəyimi dedim. 13 yaşındakı nəvəm getməməyimi istədi. Səbəbini soruşduqda, orada LGBT səhnəsi olacağını dedi, o görüntüləri göstərdi. Mən də “Tamam, qızım getməyəcəyəm” dedim. İnsanları birləşdirməli olan idman tədbiri təəssüf ki, bəşəri dəyərlərə düşmən münasibətlə başladı”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Olimpiadanın açılış mərasimində transgenderlərin xristianların dini inanclarını təhqir edən nümayiş sərgiləməsi dünya ictimaiyyətində kəskin narazılıqla qarşılanmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
8
paralel.az

10Mənbələr