"Real" və PSJ-nin keçmiş qapıçısı Keylor Navas karyerasını İtaliyanın "Monza" klubunda davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O İtaliya klubunun 37 yaşlı qolkiper ilə bağlı razılıq əldə etməsinə və tibbi müayinənin təyin olunmasına və biletlərin bron edilməsinə baxmayaraq Navasla yaranan fikir ayrılıqları danışıqları yarım qoyduğunu qeyd edib.
Son 5 ildə Navas Fransanın PSJ klubunda top qovub.