AZ

“Microsoft”un gəliri və mənfəəti 15 faiz artıb

İyunun 30-da başa çatan üç aylıq dövrü maliyyə təqvimində 4-cü rüb hesab edən ABŞ-ın texnologiya şirkəti Microsoft, balans hesabatını açıqlayıb.

Marja xəbər verir ki, şirkətin gəlirləri aprel-iyun dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 15% artaraq 64,7 milyard dollar təşkil edib. Microsoft ötən ilin aprel-iyun dövründə 56,2 milyard dollar gəlir əldə etmişdi. Bu müddət ərzində şirkətin gəliri bazar proqnozunu üstələyib.

Microsoft-un xalis mənfəəti eyni dövrdə 10% artaraq 22 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 20,08 milyard dollar olmuşdu. Şirkətin səhmbaşına mənfəəti bu müddət ərzində 2,69 dollardan 2,95 dollara yüksəlib. Sözügedən dövrdə Microsoft-un mənfəəti də bazar proqnozunu üstələyib.

Şirkətin “Smart Cloud” gəliri aprel-iyun dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 28,5 milyard dollara çatsa da, bazar gözləntilərini qarşılaya bilməyib.

Şirkətin Azure və digər bulud xidmətlərindən əldə etdiyi gəlir bu müddət ərzində 29 faiz artıb. Əvvəlki rübdə 31% olan Azure və digər bulud xidmətlərində artım bazar gözləntilərindən aşağı olub.

Microsoft-un Baş İcraçı Direktoru (CEO) Satya Nadella şirkətin balans hesabatını qiymətləndirərkən bildirib ki, şirkətin güclü performansı həm onun innovasiyasını, həm də müştərilərin Microsoft-a olan etibarını əks etdirir.

"Bu gün biz süni intellekt əsrinə rəhbərlik etməyimizi təmin etməklə genişmiqyaslı platformalarımızda müştərilərimizin kritik ehtiyaclarını qarşılamağa yönəlmişik", - Nadellabildirib. 

gəlir mənfəət Microsoft
Seçilən
132
5
marja.az

10Mənbələr