AZ

“Karkas” şirkəti ötən ili zərərlə başa vurub, kiçilib

“Karkas” Açıq Səhmdar Cəmiyyəti 2023-ci ili zərərlə başa vurub.

İqtisadiyyat.az xəbər verir ki,  bu barədə ASC-nin illik balans hesabatında bildirilir.

Belə ki, “Karkas” ötən ili 91 639 manat xalis mənfəətlə başa vurub. Bu isə 2022-ci illə müqayisədə 36 500 manatdan çox zərər deməkdir. Çünki şirkət 2022-ci ili 128 189 manat xalis mənfəətlə başa vurmuşdu.

Eyni zamanda, “Karkas”ın cəmi aktivləri də azalaraq 595 892 manata düşüb. 2022-ci ildə bu rəqəm 607 min manata yaxın olub. Beləliklə, şirkət ötən il kiçilib.

Hesabat ilində şirkətin kommersiya xərcləri 53 min manatdan çox artaraq 539 926 manata çatıb. "Karkas" şirkətinin satışdan gəlirləri 2022-ci ildə 646 min 943 manat ikən, 2023-cü ildə 654 475 manata yüksəlib.

Xatırladaq ki, “Karkas” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 755 002 manatdır. Şirkətin hazırda qanuni təmsilçisi Ağayev Sahib Əli oğludur. O, bu vəzifədə bir neç ay əvvəl Mahmudov İlham İsa oğlunu əvəzləyib.

Seçilən
50
iqtisadiyyat.az

1Mənbələr