Zamiq Əliyevin formasını geyindiyi Albaniya "Eqnatiya"sı yoldaşlıq görüşünə çıxıb.
Sportinfo.az xəbər verir ki, U-21 yığmamızın sabiq üzvünün komandası "Napoli" ilə üz-üzə gəlib.
Əliyev bu görüşdə 88 dəqiqə meydanda olub. Matç "Eqnatiya"nin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
23 yaşlı müdafiəçi bu yay "Araz-Naxçıvan"dan ayrıldıqdan sonra "Eqnatiya"ya keçmişdi.