Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun əsaslı təmirdən sonra qapılarını idmansevərlərin üzünə açması şəhərin idman həyatında bir canlanma yaratdı. Sumqayıtın eyniadlı komandası istər Premyer Liqa, istərsə də beynəlxalq oyunlarını bu arenada keçirir. Stadionda cüdo və boks zalları fəaliyyət göstərir. 10 minə yaxın azarkeş tutumuna malik idman qurğusunu "Bavariya"nın ev oyunlarını keçirdiyi "Alyans Arena"ya oxşadanlar da az deyil. Doğrudan da geniş ərazini tutan arena kənardan çox gözəl görünür. Ancaq...
İlk baxışdan xırda çatışmazlıqları nəzərə almasaq, "Mehdi Hüseynzadə"də heç bir problemin olmadığını söyləmək olar. Lakin sən demə, heç də hər şey göründüyü kimi deyil.
Stadion əvvəllər Sumqayıt şəhərin icra hakimiyyətinin balansında olsa da, sonradan Gənclər və İdman Nazirliyinin tabeçiliyinə keçib. Ancaq nazirlik hələ də arenaya sahib çıxmayıb. Səbəb isə "Mehdi Hüseynzadə"nin 100 min manata yaxın kommunal borcunun olmasıdı. Nazirlik şəhər icra hakimiyyətindən borcun sıfırlanması istəyib. Və yalnız bundan sonra stadionu balansına keçirəcəyini bildirib. Şəhər rəhbərliyi isə "siz bu boyda stadion vermişik" deyib, borcu qarşı tərəfin ödəməsini istəyib.
İcra hakimiyyəti ilə nazirlik arasında yaşanan mübahisə isə stadionun əməkdaşlarını pis vəziyyətə salıb. Ötür-ötür oyunun nəticəsidi ki, 3 aydan çoxdu ki, arenanın əməkdaşları maaş üzünə həsrət qalıb.
Stadionun direktoru Nadir Quliyevin isə məhkəmə proseslərindən başı açılmır. idman qurğusunun borclu olduğu Azərişıq, Azəriqaz kimi dövlət qurumları borclarını almaq üçün stadionu məhkəmə veriblər. Bu üzdən stadion direktoru demək olar ki, hər həftə hakim qarşısına çıxır.
Sopt24.az-a daxil olan məlumata görə, yaşananlardan təngə gələn Nadir bəy artıq 2 gündü ki, işdəm çıxmaqla bağlı ərizə yazaraq rəhbərliyə təqdim edib.
Məsələ ilə bağlı Quliyevlə əlaqə saxlamaq istəsək də zənglərimiz cavabsız qaldı
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta