AZ

"Xalqımızı sevindirməyə çalışacağıq" - Toral Bayramov

style='margin-bottom:10px;'>

"Qarabağ"ın futbolçusu Toral Bayramov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Linkoln"a qalib gəldikləri cavab oyundan (5:0, ilk oyun - 2:0) sonra jurnalistlərə açıqlama verib.

QOL.az xəbər verir ki, o, əvvəlcə oyunla bağlı fikirlərini bildirib: “Həm səfər, həm ev oyunlarında üstünlüyü olan tərəf biz idik. Yaxşı hazırlaşmışdıq. Hər iki matçda layiqli qələbə qazandıq. Çox şadıq ki, azarkeşlərimizi sevindirə bildik. İnşallah, növbəti oyuna köklənirik. Çalışacağıq ki, növbəti matçda da xalqımızı, azarkeşlərimizi sevindirək”. 

23 yaşlı müdafiəçi “Qarabağ”ın qol vurduqca daha da həvəsli olduğunu deyib: “Bu, futboldur. Əlbəttə ki, hamı qol vurmaq, nəyləsə yadda qalmaq istəyir. Fərqi yoxdur, 4-cü qoldur, 1-ci qoldur və ya 10-cu. Tapşırıq nədirsə, biz onu yerinə yetiririk. İndi də belədir, bundan sonra da belə olacaq”. 

T. Bayramov növbəti mərhələdən və hədəflərdən söz açıb: “Potensial rəqiblərin ikisi də güclüdür. Sabah (red. bu gün) oyundan sonra daha dəqiq biləcəyik, rəqibimiz kimdir. Ona uyğun hazırlaşacağıq. Düşünürəm ki, hər şey yaxşı olacaq. Əsas odur ki, azarkeşlər maraqlı oyun izləyəcək. Hər il olduğu kimi, bu il də ilk hədəfimiz Çempionlar Liqasıdır. Çalışırıq, çalışacağıq. Hər il daha da üstünə qoyuruq. İnşallah ki, bu il alınar”. 

O, Misli Premyer liqasının başlamasının “Qarabağ”ın Avropadakı mübarizəsinə heç bir mane törətməyəcəyini qeyd edib: “Çünki biz hər il belə bir təqvimdə oynayırıq, 3 gündən bir oyunlarımız olur. Bundan əvvəl də öhdəsindən gəlmişik. İnşallah, bundan sonra da öhdəsindən gələrik. Düşünürəm ki, hər şey yaxşı olacaq.

Seçilən
149
50
teleqraf.com

10Mənbələr