"Neftçi" Misli premyer-liqasının 2-ci turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib.
“Football-plus.az” xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyun haqda fikriniz necədi?
- İlk hissədə kifayət qədər qol epizodları yaratdıq. Amma qola çevirə bilmədik. Onlardan yararlansaydıq, oyun başqa cür alınardı. Bu oyuna görə heç bir futbolçuya irad bildirə bilmərəm. Çünki meydanda özünün ən yaxşısını qoymayan oyunçu yox idi. Qələbə qazanmaq istəyirsənsə, epizodları vurmaq lazımdı.
- Matçdan sonra futbolçularla azarkeşlər arasında problem yaşandı. Ervin Koffi azarkeşə butulka atdı. Orada nə baş vermişdi?
- "Neftçi" şübhəsiz ki, hər oyunda qələbə qazanmalıdı. Azarkeşlərə qələbə bəxş etməliyik. Qələbə olmayanda, neqativlik yaranır. Epizoddan uzaqda idim. Bilmirəm səbəb nə idi ki, oyunçularla azarkeşlər arasında problem yaşandı. Düşünmürəm hansısa səbəb var ki, oyunçulara belə irad bildirilsin. Nəsə başqa bir şey olsaydı, qəbul edərdim. Orada nə baş verdiyini bilmirdim, eşitmirdim. Amma hansısa futbolçum azarkeşə söz deyirsə belə, onlara haqq qazandırmaram.
- Kilan Lebon niyə start heyətində meydana çıxmadı?
- Deyə bilmərəm ki, Lebondan öncə başqa cür oynadıq, girəndən sonra oyun dəyişdi. Lebon meydana əla daxil oldu. Çox epizodları sürətləndirirdi, maraqlı hərəkətlər edirdi. Məncə, gələcəkdə o daha çox oynaya bilər. Kilan komandaya sonradan qoşuldu. O, özünü çox yaxşı tərəfdən göstərdi. Onunla danışmışıq. Əminəm ki, yaxın vaxtlarda 90 dəqiqə oynayacaq.
- Azarkeşlər Emin Mahmudovdan soruşurdular ki, "Qarabağ"a necə çatacaqsız? Növbəti turda da "Sabah"la oynayacaqsız. Düşünmürsüz ki, gələn oyundan sonra azarkeşlər məhz sizin özünüzü ora dəvət edəcək?
- Mən hər zaman azarkeşlərlə söhbət etməyə açığam. Bu suala necə cavab verim, bilmirəm. "Qarabağ" çox güclü komandadı. Niyə də hər iki cəbhədə oynayıb, xallarını qazanmasın? "Qarabağ" çempionatda ən güclü komandadı.
- Ervin Koffiyə cəza olacaq?
- Mən hər şeyə dəqiq cavab verdim. Bilmirəm orada nə baş verib. Heç nə eşitməmişəm. Azarkeşlər pis söz deyibsə, oyunçuya haqq qazandırıb, onun tərəfini tuta bilmərəm. Futbolçunu söyürlərsə, nə baş verməlidi? Futbolçuya, komandaya hörmət etmək lazımdı. İstedadlı futbolçu klub üçün mübarizə aparmırsa, bəli, pis sözlərə layiqdi. Oyunçularla azarkeşlər arasında sivil münasibət olmalıdı. Özümüzü pis hiss edirik ki, qalib gəlmədik.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta