AZ

"Monako" 20 yaşlı futbolçu transfer etdi

"Metz" gənc yarımmüdafiəçi Lamine Kamara karyerasını "Monako"da davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə knyazlıq təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda, 20 yaşlı futbolçu ilə 5 illik uzunmüddətli müqavilə imzalandığı diqqətə çatdırılıb.

Fransa klubu seneqallı oyunçu üçün 15 milyon avro ödəyib.

Qeyd edək ki, ötən mövsüm Lamine Kamara "Metz"in heyətində Fransa çempionatında 31 oyun keçirib. Seneqallı yarımmüdafiəçi bir qol vurub, dörd məhsuldar ötürmə edib.

Seçilən
33
90deqiqe.az

1Mənbələr