AZ

"TikTok"un baş qərargahında kütləvi zəhərlənmə qeydə alındı

"TikTok"un Sinqapurdakı mənzil qərargahında kütləvi zəhərlənmə baş verib - 60 nəfər zərər çəkib, onlardan 57-si xəstəxanaya yerləşdirilib.   Manset.az xarici mediaya istinadən xəbər verir ki, bütün qurbanlarda eyni simptomlar olub: qarın ağrısı, qusma, 38 dərəcə üzərində hərarət, soyuq tər, solğunluq. Onların hamısına qastroenterit diaqnozu qoyulub. Zərərçəkmiş işçilər ofisin yeməkxanasında zəhərləniblər.

İlkin məlumata görə, "TikTok" əməkdaşlarının aldığı qidanın tərkibində bağırsaq çöpü (E.coli) olub. Yerli bloqerlər yazıblar ki, bu işdə ABŞ kəşfiyyat orqanlarının əli ola bilər. Bu onunla izah olunur ki, ABŞ hökuməti uzun müddətdir ki, "ByteDance"ın rəhbəri Şou Tzı Çuya zərər vurmağa çalışır, lakin o təslim olmur və onun məhkəmə çəkişməsi davam edir.

Seçilən
751
6
manset.az

6Mənbələr