AZ

ABŞ səfirliyi 4 Azərbaycan hərbçisinin ölümü ilə bağlı başsağlığı verdi

ABŞ-ın Azərbaycandakı səfirliyi 4 Azərbaycan hərbçisinin ölümü ilə bağlı başsağlığı verib.


Musavat.com xəbər verir ki, bu barədə ABŞ səfirliyinin "X" hesabında paylaşım edilib.

"ABŞ səfirliyi xidmətdən kənar saatlarda həyatlarını faciəvi səkildə itirən 4 Azərbaycan hərbçisinin ölümü xəbərindən kədərlənir, onların yaxınlarına, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir", paylaşımda qeyd olunub.

Xatırladaq ki, iyulun 30-da Azərbaycanın 4 hərbçisi Laçında kükürd qazlı sularda çimərkən zəhərlənərək vəfat edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
8
musavat.com

10Mənbələr