AZ

"Sabah"ın baş məşqçisi: "Bizim üçün Hayfa təmsilçisi favoritdir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Sabah qələbə qazanmaq üçün səfərdəkindən daha yaxşı oynamalıyıq".
Oxu.Az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının II təsnifat mərhələsində "Makkabi" (Hayfa, İsrail) ilə cavab matçından öncə təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, səfərdə 3:0 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, Hayfa təmsilçisi onlar üçün favoritdir:
"Bizi oyunun ikinci hissəsi gözləyir. Sabah qələbə qazanmaq üçün səfərdəkindən daha yaxşı oynamalıyıq. "Makkabi" çox möhtəşəm klubdur".
Qeyd edək ki, komandalar arasında cavab oyunu sabah 20:00-da başlayacaq.
Anar Həsənov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
50
oxu.az

10Mənbələr