AZ

“Telegram“ın təsisçisi “Le Burje“ hava limanında saxlanılıb

"Telegram"ın təsisçisi Pavel Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə Fransanın LCI telekanalı məlumat yayıb.

39 yaşlı sahibkarı mühafizəçisi və bir qadın müşayiət edib.

Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər. Onu 20 ilə qədər həbs gözləyir.

Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.//Report

.

Seçilən
223
11
xezernews.az

10Mənbələr