AzTV-nin sədr müavini Rüfət Həmzəyev vəzifəsindən azad edilib.
AzTV-nin mətbuat katibi Rüfət Seyidov faktı Konkret.az-a təsdiqləyib.
O bildirib ki, Rüfət Həmzəyev artıq AzTV-də çalışmır.
Saytın məlumatında o da qeyd edilib ki, Rüfət Həmzəyev ingilisdilli telekanala rəhbər təyin edilib.
Artıq Rüfət Həmzəyevin adı AzTV-nin saytında sədr müavini vəzifəsini bildirən məlumat hissəsindən çıxarılıb.
Qeyd edək ki, R.Həmzəyev bu vəzifəyə 2020-ci ilin fevralında təyinat almışdı.