"WhatsApp" mesencerində iki dəfə klikləməklə mesaja reaksiya göndərməyə imkan verən yeni funksiya olacaq.
Mütəxəssislər bildiriblər ki, yeni seçim istifadəçilərə yazının üzərinə iki dəfə toxunmaqla onu bəyənməyə imkan verəcək.
Qeyd olunur ki, iki dəfə toxunma ilə reaksiya funksiyası vaxta qənaət etmək və "ürək" emojisi ilə ünsiyyəti yaxşılaşdırmaq üçün nəzərdə tutulub.//trend