"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Modern.az xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstanın "Ludoqorets" komandası ilə üz-üzə gələcək.
Razqrad təmsilçisi II təsnifat mərhələsinin cavab görüşündə "Dinamo"ya 0:1 hesabı ilə məğlub olsa da, ilk matçda 2:0 hesablı qalib gəldiyi üçün mərhələ adlayıb.
Qeyd edək ki, "Qarabağ"la Bolqarıstan çempionu arasındakı oyunlar avqustun 5-6-da və avqustun 13-də keçiriləcək.