Andrey Belousovun Rusiyanın Müdafiə naziri təyin olunması ilə yeyintinin və korrupsiyanın miqyasının müəyyən edildiyi iddia edilir. Rəqəmlər fantastiktir, normal insan beyninin qavraması imkansızdır.Deputat Delyaginin hesablamalarına görə "yoxa çıxmış", "ərimiş", “yeyilib üstündən də su içilmiş” miqdar 11 trilyon rubldur, yəni 11 və yanında on iki sıfır – 11.000.000.000.000.Bu isə 127 milyard dollara (!) bərabərdir.Məsələnin faciəvi tərəfi ondadır ki, bu son rəqəmlər deyil, yalnız başlanğıcdır!..Bir Telegram kanalı eləməyib tənbəllik, hesablamanı 5 000 rublluq əskinazla aparıb:Bu əskinazla 11 trilyon rublu nəql etmək üçün 37 yük vaqonundan ibarət qatar lazımdırvə ya11 trilyonu 5 minlik əskinazlarla üst-üstə yığsan 275 km (!) yüksəklikdə bir qüllə alınar.275 km yüksəkliyi təsəvvür edirsimi?Karman xəttindən hardasa 3 dəfə daha böyükdür.Karman xəttini bilirsiniz yəqin.Kosmosun sərhəddidir, 100 km yüksəklidə yerləşir.Yəni oğurluq, maxinasiya kosmosa “gedib çıxıb”, astronomikdir…11 trilyon rubla nə alına biləcəyini də hesablayıblar:~ 3.700 ədəd SU-57 qırıcısı,~ 22.000 ədəd T-14 Armata tankı,~ 11 milyon Lancet-3 hücum PUA-sı,~ 220 milyon FPV dronları.Ukraynanı 3 günə alacaq deyə lovğalanan ordu bu gün bunlardan əksikdir.Sual olunur ki, belə astronomik yeyintilər olan bir Ordu qalib gələ bilərmi?Cavab məlumdur…Demək ki, hazırlıqlar başlayıb.Ya böyük bir qurban veriləcək, ya da böyük etirafa hazırlaşırlar.Böyük etiraf nədir?...Yoxsa siz dəmi mən deyəni düşündünüz?...https://t.me/ibrahim_nebioglu
Paylaş:
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta