İsrail ordusu radiosunun məlumatına görə, ABŞ-nin Delta, United və British Airways aviaşirkətləri İsrailə uçuşları ləğv ediblər.
News24.az xəbər verir ki, çərşənbə axşamı İsrailin Livanın paytaxtı Beyruta təşkil etdiyi hava hücumunda Hizbullah komandirlərindən Fuad Şükürün həlak olmasından sonra uçuşların ləğv edildiyi bildirilib.
Delta Hava Yolları İsrailə uçuşları avqustun 2-dək, Nyu-York ilə İsrail arasında həftədə 14 uçuş həyata keçirən United Airlines isə avqustun 6-dək uçuşları dayandırıb.
Times of Israel xəbər saytı, bu ləğvlərin on minlərlə israillinin ABŞ-da qapalı qalmasına səbəb olacağını bildirərək, dünyanın ikinci və üçüncü ən böyük hava yolu şirkətləri United və Delta-nın uçuşların ləğv edilməsinin digər firmalarda da ləğv dalğasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Məryəm İlhamqızı