AZ

DEPUTATLIĞA NAMİZƏD OLMAQ İSTƏYƏNLƏRİN 1 GÜN VAXTI QALDI

Avqustun 2-də növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatır.

Tezadlar.az xatırladır ki, Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddələrinə əsasən, səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir. Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar isə bu müddət 2024-cü il iyulun 13-dən 2024-cü il avqustun 2-si saat 18:00-dək olan dövrü əhatə edir.

Hər kəsə uğurlar!

Seçilən
111
20
tezadlar.az

10Mənbələr