"Bakı ilə İrəvan arasında münasibətlər normallaşacağı təqdirdə, Türkiyə Ermənistanla sərhədi aça bilər".
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Sabah" qəzetinə açıqlamasında deyib.
Türkiyəli diplomat bildirib ki, hazırda Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi davam edir:
"Ona görə də Türkiyə tərəfi müsbət nəticə olacağı təqdirdə öz ssenarisini hazırlamalıdır və bu istiqamətdə işlər davam etdirilir".
BiG.Az