Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki "AzInTelecom" MMC-nin İdarə Heyəti sədrinə yeni müşavir təyin edilib.
"Report" xəbər verir ki, bu vəzifəyə Səməd Seyidov gətirilib.
O, indiyə qədər şirkətin Keyfiyyət Təminatı Departamentinin direktoru olub.
S.Seyidov Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Məhərrəm Seyidovun oğludur.