AZ

"Barselona"nın ulduzu İtaliya yolunda - SON DURUM

Hüquqları "Barselona"ya məxsus olan braziliyalı hücumçu Vitor Roke İtaliya çempionatında çıxış edə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb. 

Mənbənin məlumatına görə, 19 yaşlı forvardın transferində "Latsio" maraqlıdır. Roma klubu futbolçunun hüquqlarının 50 faizi üçün 20 milyon avro ödəməyə hazırdır. 

"Transfermarkt" Rokenin bazar dəyərini 30 milyon avro qiymətləndirir. 

Braziliyalının "blauqrana" ilə müqaviləsinin müddəti 2031-ci ilin ortalarına qədərdir. 

Vitor ötən mövsüm İspaniya La Liqasının 14 matçında iştirak edib və 2 qol vurub.

Mirağa

Seçilən
25
fanat.az

1Mənbələr