“Real”ın və PSJ-nin keçmiş qapıçısı Keylor Navas “Montsa”ya keçməyəcək.
Apasport.az AS-a istinadən xəbər verir ki, İtaliya klubu müsbət qərar verərək kosta-rikalı futbolçu üçün tibbi müayinə təyin etməsinə baxmayaraq, danışıqların son mərhələsində sözləşmə baş tutmayıb.
“Montsa” bundan sonra azad agent olan “Roma”nın keçmiş qapıçısı Rui Patrisionun transferinə çalışacaq.
Navas bu yay PSJ-dən ayrılıb. 37 yaşlı qolkiper əvvəllər “Nottingem Forest”, “Real”, “Levante”, “Albasete” və Kosta Rikanın “Saprissa” klublarında çıxış edib.
Türkiyə klubu Azərbaycan millisinin futbolçusunu istəyir
Yay Olimpiya Oyunlarında Türkiyə üçün tarixi medal
"Arsenal" "Bavariya"nın futbolçusunu transfer etmək istəyir
“Qalatasaray”da müvəqqəti ayrılıq
"Bavariya"da ciddi itki