Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinəBakı şəhəri, Nizami rayonunda obyektdə yanğın olması barədə ilkinməlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə bildirilib ki, yanğınla əlaqədarFHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlbolunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.