AZ

Qarabağ Universitetinə yeni kafedra müdiri TƏYİN EDİLDİ

Tarzən Arslan Növrəsli Qarabağ Universitetinə kafedra müdiri təyin olunub.

Bu barədə universitet məlumat yayıb.

Bildirilib ki Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq və musiqi müəllimliyi kafedrasına müdir təyin olunan Arslan Növrəsli Azərbaycan Milli Konservatoriyasında (AMK) tar ixtisası üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alıb.

Arslan Növrəsli bu təyinata qədər Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solisti, AMK-nın baş müəllimi, Respublika Uşaq Gənclər İncəsənət Mərkəzinin baş mütəxəssisi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi və AMK nəzdində İncəsənət gimnaziyasının müəllimi olaraq fəaliyyət göstərib.

Arslan Növrəsli ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş I Uşaq İncəsənət Festivalı, eləcə də ali, orta ixtisas, peşə təhsili müəssisələrinin tələbələri arasında keçirilən bədii yaradıcılıq festivallarının münsiflər heyətinin üzvü olub.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
6
oxu.az

9Mənbələr