“Fast-food” insanda aqressiyanı artırır.
Medicina.az xəbər verir ki, bunu news.ru-ya qastroenteroloq Lyudmila Suxorukova deyib.
O bildirib ki, çox “fast-food” yeyən insanlar daha aqressiv olurlar.
Mütəxəssisin sözlərinə görə, monosodium qlutamat tərkibli məhsulları sevənlər vitamin və digər faydalı mikroelementlərin çatışmazlığını yaşayırlar:
“Bu əlavə insan sinir sisteminə təsir edərək iştahı artırır. Böyük miqdarda lazımsız qida stress və depressiyaya səbəb ola bilər”.
Onun sözlərinə görə, digər təhlükələr arasında bulyonlar, emal olunmuş hər cür qida, qənnadı məmulatları və s. var.
O, tərkibində trans yağlar olan bütün məhsulların həddindən artıq əsəbilik və aqressiyaya səbəb olduğunu qeyd edib.
“Gündə üç qramdan çox trans yağ qəbul etsəniz, bütün dünyaya qarşı qəzəbli olacaqsınız. Yeri gəlmişkən, qızartma kartofun standart porsiyasında bu maddələr olduqca çoxdur”, - mütəxəssis diqqətə çatdırıb.
Həkim “fast food” sevərlərə pəhrizlərini yenidən nəzərdən keçirməyi; xüsusən də tam taxıllara, yağlı balıqlara, çərəzlərə, dəniz məhsullarına, quş ətinə və paxlalılara menyuda daha çox yer verməyi tövsiyə edib.
Aysel