AZ

"Ailələrdə Sənətkarlığın Təşviqi" layihəsinin icrası davam edir - FOTOLAR » AzadMedia.az


Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək Fondu "Ailələrdə Sənətkarlığın Təşviqi" layihəsinin icrasını davam etdirir.

QHT.az xəbər verir ki, dərzilik kursunda gənclər artıq tikiş maşınında tikiş texnikasını hər biri praktiki şəklində öyrəniblər. Bu günki dərsdə tələbələr qrup şəklində koftanın ülgü çertyojunu çıxartdılar, parça üzərində yerləşdirdilər və biçdilər. Sonra isə kəsib və uğurla tikib başa çatdırdılar. "Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək" Fondunun direktoru Gülbəniz Bayramova bildirir ki, layihə çərçivəsində layihə heyətinin məqsədi gənclərə dəstək olub onların potensialını üzə çıxararaq dərzilik kursunu uğurla başa çatdırsınlar və yeni peşəyə sahib olsunlar.

Xatırladaq ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud olan gənclər, həmçinin aztəminatlı ailələrin dərzilik peşəsinə marağı olub, lakin maddi gücü çatmayan gəncləri (və ya valideynlər) üçün dərzilik peşəsini professional səviyyədə öyrədərək onları modelyer dizayner kimi yetişdirmək və müvafiq sahədə işlə təmin etməkdir.
Seçilən
16
3
azadmedia.az

4Mənbələr