AZ

Paris-2024: Millimiz tarix yazıb

Azərbaycan cüdo millisi Olimpiadalar tarixində ən yaxşı nəticəsinə imza atıb.

İdman.biz xəbər verir ki, yeni rekord Paris-2024 Yay Olimpiya Oyunlarında qeydə alınıb.

Cüdoçularımız tarixdə ilk dəfə 2 qızıl qazanıb. Bu, komandamızın Olimpiadalardakı ən yaxşı nəticəsidir.

Uğur bu il dünya çempionu olan idmançılarımız Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) sayəsində gerçəkləşib. Onlar Parisdə 2 qızıl qazanıblar.

Bundan əvvəlki rekord Pekin-2008-də qeydə alınıb. Həmin vaxt Elnur Məmmədli (73 kq) qızıl, Mövlud Mirəliyev (100 kq) bürüncə sahib çıxıb.

Fransa paytaxtında iki finalımızın olması da ikinci dəfə yaşanıb. Rio-2016-da Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) həlledici görüşdə uduzaraq gümüşə yiyələnib.

Ümumilikdə, üçüncü dəfə cüdo yığmamız bir Olimpiadada iki medal qazanıb. Maraqlıdır ki, Pekin-2008-də də, Rio-2016-da da, elə indi də bu uğurlar 73 kq və 100 kq çəkilərdə yaşanıb.

İdman.biz

Seçilən
68
idman.biz

1Mənbələr