AZ

Maduro ABŞ-la danışıqlara hazırdır

Venesuela ABŞ ilə Qətərdə başlayan danışıqları bərpa etməyə hazırdır.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro çərşənbə günü Miraflores prezident sarayında keçirdiyi mətbuat konfransında bildirib.


Maduro, "ABŞ hökuməti Venesuelanın suverenliyinə hörmət etməyə, Venesuelanı təhdid etməyi dayandırmağa hazır olsa, dialoqu bərpa edə bilərik", deyə  o bildirib.

 

O hesab edir ki, danışıqların nəticələrindən asılı olmayaraq, ABŞ-la iqtisadi əlaqələr davam edəcək.

 

Prezident Venesuelanın enerji sektoruna investisiyaların möhkəm xarakterini vurğuladı. O, “ABŞ, İspaniya, İtaliya, Fransa və Böyük Britaniyadan olan sərmayədarlarla neft və qaz hasilatı üzrə müqavilələrin bağlandığını” bildirib.

 

Maduro həmçinin bildirib ki, o, ABŞ prezidenti Co Baydenə hörmət edir və onu səhhətinə görə namizədliyini geri götürmək qərarına görə təbrik edib. “Ona uzun ömür və cansağlığı arzulayıram”, - deyə prezident qeyd edib.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
14
oxu24.com

6Mənbələr