AZ

Türkiyə universitetlərində dünyanın 336 min əcnəbi tələbə təhsil alır

Bu gün Türkiyə ali məktəblərində dünyanın 145 ölkəsindən 336 min əcnəbi tələbə təhsil alır.

 

AzEdu.az Türkiyə Ali Təhsil Şurasının məlumatına istinadla xəbər verir ki, bu günə olan məlumata görə, ölkə əcnəbi tələbələr üçün cəlbediciliyinə görə dünyada yeddinci yerdədir.

 

Əcnəbi tələbələrin sayına görə Türkiyə ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Avstriya və Almaniyadan sonra yer alıb.

 

Dövlət Təqaüd Proqramı üzrə Türkiyə ali məktəblərinə hər il 3,5 minə qədər əcnəbi qəbul edilir. Türkiyədə dövlət xətti ilə ali təhsilə ən çox Qazaxıstan, Azərbaycan, Fələstin, Yəmən, İraq və Misirdən olan abituriyentlər maraq göstərir.

 

Türkiyə ali məktəblərinin məzunları ölkələrinə qayıdandan sonra Türkiyə ilə əlaqələri qoruyub saxlamağa çalışırlar.

 

Bu gün dünyanın 35 ölkəsində Türkiyə universitetlərinin məzunlarının cəmiyyətləri fəaliyyət göstərir. Eyni zamanda, Türkiyədə dövlət qurumları, banklar və aviaşirkətlər xaricdə nümayəndəlik və ofis açarkən Türkiyə universitetlərinin məzunlarının işlə təmin olunmasına üstünlük verirlər.

 

(Azərtac)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
4
azedu.az

5Mənbələr