Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.
Bizim.Media xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası yarışdan iki həftə öncə cüdoçudan və yaxınlarından müsahibə alaraq reportaj hazırlayıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycana ikinci qızıl medal: Zelim olimpiya ÇEMPİONU OLDU - VİDEO
Zelim Kotsoyev sözügedən reportajda bildirib ki, 15 ildir bu idman növü ilə məşğul olur:
"Şimali Osetiyadan olduğuma görə, cüdo ilə orada məşğul olmağa başlamışam. Doqquz yaşım var idi, üçüncü sinifdə oxuyurdum. Atam səhər-axşam məni məşqlərə aparardı, hələ də xatırlamıram ki, hansısa bir məşqə getməyim. Atam həmişə mənə deyərdi ki, "bax, burada 40-50 uşaq var amma onlardan yalnız iki-üç nəfər sonadək döyüşəcək" elə də oldu. Artıq 15 ildir ki, bu idman növü ilə məşğulam".
Daha ətraflı videoda:
Bizim.Media