Dörd beynəlxalq aviaşirkət dünən, avqustun 1-də İsrailə uçuşları dayandırdığını elan edib. Buna səbəb regionda vəziyyətin gərginləşməsi və uçuşların təhlükəsizliyinə təminat verə bilməməsi olub.
“United Airlines” və “Delta Airlines” İsrailə uçuşları dayandırıblar. “Aviareyslərin bərpası regiondakı vəziyyətdən asılı olacaq”, – aviaşirkətlərin açıqlamasında bildirilir.
Bir qədər sonra “British Airways” də İsrailə uçuşları dayandırdığını elan edib. Britaniya aviaşirkəti uçuşların nə qədər müddətə dayandırılacağını dəqiqləşdirməyib. “Lufthansa” Tel-Əvivə avqustun 9-dək, Beyruta isə avqustun 13-dək uçuşlar həyata keçirməyəcəyini açıqlayıb.
Xatırladaq ki, dünya aviaşirkətləri ötən ilin payızında da HƏMAS-ın İsrailə hücumundan sonra İsrailə və Yaxın Şərqə uçuşları dayandırmışdı.