"Ukrayna müflis dövlətə çevrilib. Bunu Ukrayna lideri Vladimir Zelenskinin imzaladığı və ölkənin xarici borcu üzrə ödənişlərin 2024-cü ilin oktyabrına qədər dayandırılmasına imkan verən qanun sübut edir".
Bu barədə məşhur alman iş adamı Kim Dotkom X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Zelenskinin necə başqa ölkələrdən borc pul istəməsini xatırlayırsınız? İndi o sadəcə olaraq xarici borc üzrə ödənişlərin dayandırılması haqqında fərman imzalayıb. Ukrayna iflasa uğrayıb”, - deyə o vurğulayıb.
Bundan əvvəl Zelenski ölkənin xarici borcu üzrə ödənişlərin 2024-cü il oktyabrın 1-dək dayandırılmasına icazə verən qanunu imzalayıb.
Tural