Rusiyada “YouTube” platformasına giriş məhdudlaşdırılıb.
Yenicag.az xəbər verir ki, Rusiyadakı sosial şəbəkə istifadəçilər dünən səhər saatlarından etibarən “YouTube”a daxil olmaqda problem yaşadıqlarını bildiriblər.
Kremlin sözçüsü Dmitri Peskov isə məsələ ilə bağlı açıqlamasında, “Heç nə deyə bilmərəm. Telefon normal işləyir, hər şey yüklənir”,- deyə bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya parlamentinin aşağı palatası olan Dumanın İnformasiya Siyasəti Komitəsinin sədri Aleksandr Hinstein iyulun 26-da verdiyi açıqlamada Rusiyaya münasibətinə görə “YouTube”un sürətinin 70 faiz azalacağını bildirmişdi.
Rusiyada daha əvvəl də “Facebook”,”X” və “Instagram” kimi saytlara giriş bloklanıb.