Rusiyanın Nijni Tagil şəhərində beşmərtəbəli yaşayış binasında partlayış zamanı ölənlərin sayı 4 nəfərə çatıb.

Leqal.info xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyindən bildirilib ki, ölənlərdən ikisi uşaqdır.

İndiyə kimi aralarında 7 uşaq olmaqla, 15 nəfər dağıntılar altından çıxarılıb.

Qeyd edək ki, axtarış-xilaetmə işlərinə ümumilikdə 550 nəfər mütəxəssis cəlb olunub.

Leqal.info