Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri Səttar Möhbalıyev təşkilatın növbədənkənar qurultayının çağırılması barədə qərar verib.
Xəbər verdiyimiz ki,Səttar Möhbalıyev AHİK-ın sədrliyi ilə vidalaşacaq, çünki sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində bitərəf namizəd kimi iştirak edəcək. 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə namizədliyini verən Səttar Möhbalıyevin artıq namizədliyi qeydə alınıb. Məlumatına görə 26 avqustda keçiriləcək növbədənkənar qurultayda (AHİK) sədri postuna bir neçə namizəd olması iddia edilir.
"Ölkə.az" XALQ.AZ-a istinadla məlumat verir ki, iddialara görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri postuna Sahib Məmmədov namizədliyini veriləcəyi gözlənilir. Məlumata əsasən AHİK-ın sədr postu seçkilərlə keçirilir.
Qeyd edək ki, Sahib Məmmədov 2021-ci ildən iqtisadiyyat nazirinin müavini vəzifəsinə çalışır. 2012-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə”, 2018-ci ildə “Tərəqqi” medalları ilə təltif olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta